Neyrogenez (yun. νεύρο (sinir) + lat. genesis (doğum, meydana çıxma, mənşə)) — əcdad hüceyrələrin proliferasiyası, miqrasiyası, yeni əmələ gələn hüceyrələrin diferensiallaşması ilə başlayan və neyron şəbəkəsinə inteqrasiya olunan yeni fəaliyyət qabiliyyətli neyronun formalaşması ilə başa çatan mürəkkəb bir prosesdir. Prenatal inkişaf zamanı qat-qat aktiv olan neyrogenez böyüyən beyni doldurmağı təmin edir.